Cart 0 items - 0 ₼ 0

Ecosoft – su təmizləmə sistemləri

ecosoft

Evinizdə hər zaman təmiz su mənbəyi

Suyun təmizlənməsi avadanlığı və texnologiyaları bazarında ən böyük beynəlxalq şirkətdir. Şirkət Ukraynada su təmizləyici sistemlərin, məişət filtrlərinin və filtr yüklərinin istehsalçısı kimi sertifikat almış ilk şirkət olub. Şirkətin komandasında 180-dən çox sənaye mütəxəssisi - mühəndislər və konstruktorlar, alimlər, texniki dəstək və istehsal üzrə mütəxəssislər, marketoloqlar, satış və müştəri xidmətləri üzrə menecerlər çalışır.

Evinizdə - sənaye, ticarət və məişət su təmizləmə sistemləri, həmçinin suyun təmizlənməsi üçün məişət filtrləri, əks osmos sitemləri (həm məişət, həm də sənaye), su təmizləmə kartricləri, materialları və aksesuarlarının istehsalı üzrə ixtisaslaşan “Ecosoft Water System” kimi qabaqcıl şirkətlərin Azərbaycandakı rəsmi distribyutorudur.

Şirkətimizin təqdim etdiyi məhsullar güclü bir tədqiqat bazasının, müasir yüksək keyfiyyətli istehsalın, innovativ texnologiyaların və effektiv satış sisteminin nəticəsində həyata keçirilmiş birgə fəaliyətinin bir nəticəsidir.

 

Ecosoft water professionals

Biz suyun təmizlənməsi üçün bütün məhsul çeşidini istehsal edir və satırıq: stolüstü küpə filtrlərindən tutmuş, saatda yüzlərlə kubmetr məhsuldarlığa malik unikal sənaye qurğularına qədər. Şirkət dörd öz brendi altında məhsul istehsal edir, eləcə də bir sıra müştərilərin şəxsi brendləri (privat label). Hazırlanmış məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

İllərdir ki biz Avropa, Şimali Afrika, Yaxın Şərq, Asiya və Cənubi Amerikada suyun keyfiyyətsiz olması səbəbindən yaranan problemləri həll edirik. Təcrübə onu göstərir ki, yüksək keyfiyyətli su filtlərinin həyatımızı yaxşılaşdırmaq üçün istifadə olunan bir üsul olduğu layiqincə qiymətləndirilmir. Şirkətimizin siyasətinə görə, insanlar iqtisadi gəlir əldə etmək və qazanclarını artırmaq istəyi üçün sağlamlıqlarına heç vaxt zərər verməməlidirlər.Bizim vəzifəmiz bəşəriyyəti ən təmiz və ən güvənli suyu ilə təmin etməkdir.

Bizim üçün diqqətlə seçilərək hazırlanmış komponentlər, həmçinin zərərli əlavələr olmadan yeni ilkin xammaldan istifadə, TUV Təhlükəsizlik, Gigiyena və BPA Free sertifikatları ilə təsdiqlənmiş yüksək keyfiyyət standartlarına uyğun keyfiyyətli Ukrayna məhsulunu istehsal etməyə imkan yaratdı. Ecosoft Water System hər kəsə sərfəli qiymətə keyfiyyətli və analoqsuz su təmizləyici məhsullarını təqdim edir.

Təcrübə və biliklərimizə əsaslanaraq istehsal etdiyimiz Ecosoft Water Sistemləri insanları təmiz və güvənli içməli su ilə təmin edəcək ən qabaqcıl texnologiyadır. Avropa istehsalı olan unikal komponentlər, qabaqcıl texnologiyalar, o cümlədən kartric istehsalı üzrə misilsiz Ukrayna texnologiyası, cəlbedici dizayn, və istehsalın bütün mərhələrində keyfiyyətə ciddi nəzarət Ecosoft Standart-ı dünyada yüksək keyfiyyətli su filtrlərinin istehsalı üzrə aparıcı şirkətə çevirir. Bundan əlavə, Ecosoft Water System şirkətinin mühəndislərinin təcrübəsi bizə filtrlərinin parametrlərini yerli bazarların ehtiyaclarına uyğunlaşdırmağa imkan verir: məs. Texasın (ABŞ) floridlə zəngin suları, Valensiyanın (İspaniya) artmaqda olan sərt suyu və Vladivostokun (Rusiya) bulanıq suyu.

Ecosoft şirkəti olaraq "Ecosoft Standard" su filtrlərinin seriyalı istehsalını reallaşdıran mühəndizlərimizlə qürür duyuruq. Bu su filtrləri yüksək keyfiyyətli məhsul axtaran və içməli su ilə bağlı problemləri həll edərək sağlamlıqlarının qeydinə qalmaq istəyən müştərilərimiz üçün əla seçimdir.