Mineralizator (minerallaşdırıcı qurğu) və nasosla təchiz olunmuş Ecosoft Standard Əks Osmos Filtri (MO650PECOSTD)

  • Minerallarla zəngin təmiz su
  • Uşaqlar üçün güvənli su
  • Saatda 8 litr su təmizləmə qabiliyyəti
  • 1 saat ərzində filtrin quraşdırılması
  • Kartricin dəyişdirilməsinin zəruliliyi barədə xəbərdarlıq
  • 12 ay zəmanət

629 

Categories: , Product ID: 1728

Description

Suyun əlavə olaraq minerallaşdırılması

Filtrin xüsusiyyətləri nədir?

Mineralizator (minerallaşdırıcı qurğu) ilə təchiz olunmuş Ecosoft Standard Əks Osmos Filtr suyu molekulyar səviyyədə təmizləyir, onu zəruri mineral və mikroelementlərlə zənginləşdirir. Filtr saatda 8 litr su təmizləmək qabiliyyətinə malikdir. Filtr çirkləndirici maddələr, virus və bakteriyaları 99,8%-ə qədər sudan xaric edir.

Əks Osmos – Suyun yüksək səviyyədə təmizlənməsi üçün nəzərdə tutulan təkmilləşdirilmiş texnologiya
Əks Osmos – Ev şəraitində içməli su əldə etməyin təbii və sərfəli üsulu

Filtrin əsas elementi olan membrana su təzyiqlə daxil olur. Nəticədə, təmiz və çirkli su bir-birindən ayrılır. Çirkli su kanalizasiyaya axıdılır.

Mikropores sayəsində membran yalnız su molekulları və onun tərkibində olan oksigeni ötürür. Təmizlənmədən sonra su membrandan çənə daxil olur.

Фильтр обратного осмоса с минерализатором

Mineralizasiya (minerallaşdırma)

Ecosoft Standard Filtri suyun mineral tərkibini bərpa etmək üçün nəzərdə tutulmuş xüsusi bir kartric-mineralizatordan ibarətdir.

Bu, mineral qranullar ilə doldurulmuş əvəzlənə bilən bir elementdir. Su mineralizatordan çənə daxil olur.

İki kran sayəsində hansı suyu içmək istədiyinizi seçə bilərsiniz – tamamilə təmiz və ya tərkibində az miqdarda mineral olan su.

Bu, kimlər üçün daha faydalıdır?
Mineralizator (minerallaşdırıcı qurğu)ilə təchiz olunmuş Ecosoft Standard Əks Osmos Filtri üç nəfərlik ailələr üçün ideal bir seçimdir. Filtr bir saat ərzində 8 litr su təmizləmək qabiliyyətinə malikdir. Filtrasiya olunmuş suyu bütün yaş qruplarından olan insanlar içə bilər. Minerallaşdırılmış su insan orqanizmində mineral və mikroelementlər balansını saxlayır.

Фильтр обратного осмоса

Filtrasiya mərhələləri

Фильтр обратного осмоса Ecosoft Standard с минерализатором

Filtrasiya prosesi ardıcıl 6 mərhələdən ibarətdir və hər bir mərhələ üçün filtrdə ayrıca bir kartric mövcuddur.

Birinci mərhələ
İlkin olaraq mexaniki çirkləndiricilər sudan xaric olunur. Daha sonra, su polipropilen lifli kartricdən süzülərək lil, qum və pas hissəciklərindən təmizlənir.

İkinci mərhələ
İlkin olaraq üzvi və orqanoklor maddələr, həmçinin xlor sudan xaric olunur. Suyun dadi, rəngi və qoxusu yaxşılaşır. Kartric qranullar şəklində aktivləşdirilmiş kömürdən ibarətdir.

Üçüncü mərhələ
İlkin olaraq mexaniki çirkləndiricilərin ən kiçik hissəcikləri sudan xaric olunur. Kartric məsaməli polipropelin liflərdən hazırlanıb.

Dördüncü mərhələ
Əsas filtrasiya mərhələsi. İlkin filtrasiyadan sonra su çirkləndiricilərin qarşısını 99,8%-ə qədər alan membrana daxil olur.

Beşinci mərhələ
Kömürlü postfiltr – təmizlənmiş suya yaxşı və azacıq şirin dad verir.

Altıncı mərhələ
Su minerallarla zənginləşdirilir.